Milli.Az-a daxil olan məlumata görə, Yurd TV internet televiziyası fəaliyyətini dayandırıb. Bu barədə qərar dünən axşam saatlarında qəbul olunub.
Məsələyə aydınlıq gətirmək üçün Yurd TV-nin Xəbərlər departamentinin rəhbəri Səadət Məmmədova ilə əlaqə saxladıq. O, açıqlamasında bildirdi ki, televiziyanın fəaliyyətinin dayandırılması ilə bağlı əməkdaşlara heç bir rəsmi məlumat verilməyib.
"Hal-hazırda bütün əməkdaşlar işdədirlər", - o əlavə edib.