Xəbər lenti

Azərbaycanda televiziya və radioların fəaliyyətində fasilə yarandı (SƏBƏB)
Ölkə08:46 06.09.2021

Azərbaycanda televiziya və radioların fəaliyyətində fasilə yarandı (SƏBƏB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın televiziya və radio kanallarının növbəti kompleks profilaktikası həyata keçirilir.
Bu barədə Qaynarinfo-ya Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Teleradio" İstehsalat Birliyindən bildirilib.
Bildirilib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi tərəfindən bu gün saat 06:00-dan növbəti kompleks profilaktika işlərinə start verilib. Kompleks profilaktika işlərinin bu gün saat 15:00-dək tam başa çatdırılması nəzərdə tutulub. Bu müddət ərzində ölkə ərazisində radio və televiziya proqramlarının yerüstü yayımında fasilələr olacaq. Kompleks profilaktika texniki tələbdir və onun aparılmasında məqsəd, bütün yayım avadanlıqlarında, onların anten-fider sistemlərində müvafiq test-yoxlama, sazlama, təmir-bərpa və digər profilaktik işlərin aparılmasından ibarətdir.
Qeyd edək ki, kompleks profilaktika radio-televiziya proqramlarını istehsal edən şirkətlərlə öncədən razılaşdırılmış qrafik əsasında il ərzində bir neçə dəfə aparılır.