Xəbər lenti

Azərbaycanda temperatur normadan aşağı düşdü – FAKTİKİ HAVA
Ölkə08:56 28.06.2020

Azərbaycanda temperatur normadan aşağı düşdü – FAKTİKİ HAVA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İyunun 28-i səhərədək bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, yağışın miqdarı Gədəbəydə 10, Daşkəsən, Naxçıvanda 8, Göygöldə 6, Şahdağda 5, Tərtər, Ağdam, Sədərəkdə 3, Şərur, Şahbuz, Ağdərə (Ordubad), Zərdab, Lerik, Balakəndə 2, Gəncə, Şəmkir, Tovuz, Zaqatala, Xaltan, Bərdə, İmişli, Sarıbaş (Qax), Xınalıq, Yardımlıda 1 mm olub.
Səhər saatlarında Bakıda və Abşeron yarımadasında şimşək çaxıb, yağış yağıb. Külək tədricən mülayimləşib.
Havanın temperaturu iqlim normasından 1.7 dərəcə aşağı olub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 24-27, aran rayonlarında 24-28, dağlıq rayonlarda 16 dərəcəyədək, Naxçıvan MR-da 29-32 dərəcə isti olub.