Xəbər lenti

Azərbaycanda tibbi maskadan istifadə məcburi olacaq (RƏSMİ)
Ölkə14:40 01.05.2020

Azərbaycanda tibbi maskadan istifadə məcburi olacaq (RƏSMİ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Tibbi maskalardan istifadənin məcburi olması ilə bağlı hökumətə müraciət edilib".
Bunu jurnalistlərə açıqlamasında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
Onun sözlərinə görə, bir sıra müəssisələrdə və qapalı məkanlarda tibbi maskalardan istifadə məcburi olacaq: "Tibbi maskalardan istifadənin zəruriliyi ilə bağlı qaydalara nəzarət isə adiyyəti qurumların səlahiyyətindədir. Bu qaydalar məcburidirsə, təbii ki, arxasında cərimələr də dayanmalıdır”.