Xəbər lenti

Azərbaycanda ticarət mərkəzinin sahibi öldürüldü - SİLAHLI İNSİDENT - YENİLƏNİB
Ölkə14:27 13.12.2013

Azərbaycanda ticarət mərkəzinin sahibi öldürüldü - SİLAHLI İNSİDENT - YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qəbələ rayon prokurorunun köməkçisi Elçin Sadıqov APA-ya bildirib ki, hadisə bu gün axşam saatlarında qeydə alınıb: “Odlu silahdan açılan atəş nəticəsində iki nəfər qətlə yetirilib. Hadisəni törədən şəxs saxlanılıb. Ölənlərin və hadisəni törədən şəxslərin kimliyi dəqiqləşdirilir. Araşdırma başa çatandan sonra ictimaiyyətə məlumat veriləcək”.
 
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
 
Qeyd edək ki, məlumata görə, öldürülənlərdən biri “Qəbələ” Ticarət Mərkəzinin sahibi Eldar adlı şəxsdir.


**

Qəbələ rayonunda sahibkar öldürülüb.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün baş verib.
 
Rayonda fəaliyyət göstərən mağazalardan birinin sahibi güllələnib. O, hadisə yerindəcə keçinib.
 
Hadisəni törədənin şəxsiyyəti müəyyənləşib.
 
Bu barədə yaxın saatlarda əlavə məlumat veriləcək.

Qaynar.info