Xəbər lenti

Azərbaycanda toyda kütləvi dava - Xəsarət alan var
Ölkə20:39 21.02.2014

Azərbaycanda toyda kütləvi dava - Xəsarət alan var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Samuxda toy mərasimində kütləvi davada 3 nəfər xəsarət alıb. 

“Qafqazinfo”  Kəpəz TV-yə istinadən məlumat verir ki, bu gün axşam saatlarında Samux rayonu, Kolayır kəndində insident baş verib. Adıçəkilən kənddə toy mərasimi zamanı sərxoş olan gənclər arasında kütləvi dava olub. Nəticədə üç nəfər Samux sakini aldıqları ağır bədən xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Şöbədən verilən məlumata görə, hər üç xəstə küt alətlərlə döyülüb.

Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.

Qaynar.info