Xəbər lenti

Azərbaycanda turistlərin olduğu avtomobil aşdı, 5 nəfər xəsarət aldı
Ölkə17:26 07.02.2020

Azərbaycanda turistlərin olduğu avtomobil aşdı, 5 nəfər xəsarət aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Quba-Qusar yolunda yol nəqliyyat-qəzasında baş verib.
Qaynarinfo apa-ya istinadən xəbər verir ki, içərisində ərəb turistlərin olduğu "Mercedes Vita” markalı avtomobil yoldan çıxaraq aşıb.
Qəza nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon xəstəxanasına gətirilib.
İlkin tibbi yardımdan sonra onlar Bakıda yerləşən tibb müəssisələrindən birinə aparılacaq.
Faktla bağlı araşdırma aparılır.