Xəbər lenti

Azərbaycanda türk ordusunun əsgərlərinə məxsus qəbirstanlıq tapıldı
Ölkə14:09 29.10.2018

Azərbaycanda türk ordusunun əsgərlərinə məxsus qəbirstanlıq tapıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Göygöl rayonu ərazisində Dozlar kəndində çəkilən görüntülər yeni tarixi faktları ortaya çıxarıb.
Qaynarinfo xəbər verir ki, azxeber.com-a göndərilən görüntülərdə kənd ərazisində yerləşən dağlıq bölgədə 1918-ci ildə Nuru paşanın rəhbərliyi altında Bakını işğaldan azad etmək üçün gələn Qafqaz İslam Ordusunun əsgərlərinin ermənilər tərəfindən zəhərləyərək öldürüldüyü iddia olunub. 
Yaşlı kənd sakininin iddiasına görə, baxımsızlıqdan çökən qəbirlərdə Türk əsgərləri dəfn edilib: "Əsgərlər həmin tarixdə susuzluqdan əziyyət çəkdikləri üçün yaxınlıqdakı ərazidəki çaydan su içiblər. Daşnaklar isə bunu bildikdən sonra çaya zəhər buraxıblar və sudan içən əsgərlər buradaca da şəhid olublar. Şəhid əsgərlərin cəsədləri burada dəfn edilib və sağ qalanlar yollarına davam ediblər”.
Həmin kadrları təqdim edirik: