Xəbər lenti

Azərbaycanda tutulan FETÖ-çü müəllim həbsə göndərildi
Ölkə16:51 04.01.2019

Azərbaycanda tutulan FETÖ-çü müəllim həbsə göndərildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda saxlanılaraq Türkiyəyə təhvil verilən FETÖ-çü müəllim Mehmet Gelen məhkəmə qarşısına çıxarılıb. 
Qaynarinfo "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Ankara məhkəməsi M.Gelenin həbsinə qərar verib. O, məhkəmə iclasından sonra həbsxanaya yerləşdirilib.
Qeyd edək ki, Fətullah Gülənə məxsus məktəblərdə müəllimlik edən M.Gelenin saxta pasportla Belarusa keçmək cəhdi baş tutmayıb. O, Azərbaycanda saxlanılaraq Türkiyəyə təhvil verilib.