Xəbər lenti

Azərbaycanda tutulan icra başçıları (SİYAHI)
Ölkə15:03 19.12.2019

Azərbaycanda tutulan icra başçıları (SİYAHI)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ağstafanın icra başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarov ötən gecə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Nizaməddin Quliyev aprelin 5-də Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Azərbaycanda icra başçılarının həbs olunması ilk hal deyil.
Qaynarinfo-nun Oxu.Az-a istinadən məlumatına görə, 1994-2001-ci illərdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı işləyən Rafiq Alışova Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 320( saxta sənəd) maddələri üzrə ittiham verilib.
O, 2016-cı ilin aprelində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə səkkiz il altı ay müddətinə azadlıqdan məhrum edilib.
R.Alışov 2013-cü ildə də Xəzər Rayon Məhkəməsinin qərarı ilə həbs edilib.
İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib.
R.Alışov 2013-cü ildə də eyni maddə ilə Xəzər Rayon Məhkəməsinin qərarı ilə həbs edilib.
Həbs taleyi yaşayan digər icra başçısı (artıq keçmiş icra başçısı) isə Süleyman Rəşidovdur.