Xəbər lenti

Azərbaycanda tutulan İran vətəndaşı azadlığa buraxıldı
Ölkə08:02 27.06.2013

Azərbaycanda tutulan İran vətəndaşı azadlığa buraxıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Azərbaycanda tutulan İran vətəndaşı Mikayıl Kazımi azad olunub və hazırda ölkəsindədir”.

Məlumatı “Media forum” saytına İran səfirliyindən veriblər.

Mikayıl Kazımi 2012-ci ilin sonlarında həbs olunmuşdu. Səbəb onun Azərbaycana keçərkən xidməti silahının xəzinəsini unudaraq özündə saxlaması idi. Ona 3 il 6 ay həbs cəzası kəsilmişdi.

Mikayıl Kazıminin apellyasiya şikayətinə iyulun 24-də Nəsimi Rayon Məhkəməsində baxılıb. Proses hakim Əhməd Nurməmmədovun sədrliyi ilə keçirilib. Mikayıl Kazımi azadlığa buraxılıb, amma qərarın detalları bəlli deyil.

Qaynar.info