
Lənkəran Dövlət Universitetinin (LDU) rektorunun köməkçisi tutulub. Bu barədə Qaynar.info-ya universitetin tələbələri məlumat veriblər.
Məlumatda bildirilir ki, ötən gün günün ikinci yarısında bir neçə mülki geyimli şəxs universitetə gələrək rektor Asəf İsgəndərovun köməkçisi Qorxmaz Ağayevi rüşvət aldığı yerdə yaxalayaraq həbs ediblər. Məlum olub ki, mülki geyimli şəxslər Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşlarıdır.
Onların sözlərinə görə, Qorxmaz Ağayev tələbələrin şikayəti əsasında həbs olunub. Belə ki, Q.Ağayev öz otağında tələbələrin birindən 400 AZN rüşvət alarkən mülki geyimli şəxslər şöbə müdirinin otağına basqın ediblər.
Bildirilir ki, Q.Ağayev həbs olunandan sonra səhhəti kəskin şəkildə pisləşib və təcili tibbi yardım maşını ilə xəstəxanaya qaldırılıb. Qeyd edək ki, Qorxmaz Ağayev LDU-nun rektoru Asəf İsgəndərovun köməkçisi olmaqla yanaşı, həm də onun bacısı oğludur.
Rektorun köməkçisinin həbs olunmasını universitetdən də təsdiq ediblər.
Qaynar.info