Xəbər lenti

Azərbaycanda uşaq baxçaları bu şərtlə fəaliyyətə başlaya bilər - Ekspert
Ölkə11:01 25.07.2020

Azərbaycanda uşaq baxçaları bu şərtlə fəaliyyətə başlaya bilər - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Hesab edirəm ki, dünya təcrübəsindən istifadə etməklə uşaq baxçaları fəaliyyətə başlaya bilər".
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Ekspert qeyd edib ki, Azərbaycanda 1672 uşaq baxçasında 120 min uşaq tərbiyə alır:
"Nəzərə alsaq ki, bir çox valideyinlər işləyirlər və onlar işə gedərkən övladlarını baxçaya qoyurdular. İndi isə bu imkandan məhrumdurlar. Hesab edirəm ki, dünya təcrübəsindən istifadə etməklə baxçalar fəaliyyətə başlaya bilər. Belə ki, baxçalarda qruplarda uşaqların sayına diqqət etmək lazımdır. 1-3 yaşlı uşaqların qrupunda sayı 10-13, 3-5 yaşlıların isə 13-15 nəfər təşkil etməklə təlim həyata keçirilə bilər. Bundan başqa, valideyinlərin uşaq baxçalarının tam daxilinə qədər girməsinə icazə vermək olmaz. Uşaqları qapıdan təlimçilər istiliyi yoxlamaqla qəbul edilməlidir. Uşaqlar daha çox açıq havada oynamalıdırlar. Bir-birinin əşyalarından istifadə etməməlidirlər. Daha çox evdən gətirilmiş və valideyinləri tərəfindən hazırlanmış qidalara üstünlük verilməlidir".
Kamran Əsədov bildirib ki, baxçalar hər gün dezinfeksiya olunmalıdır: 
"Yaşı 60-dan çox olan tərbiyəçiləri müəyyən müddət təlim prosesinə cəlb etmək lazım deyil. Bütün tərbiyəçilər qoruyucu maskadan istifadə etməlidir. Hesab edirəm ki, bu qaydalar ilə baxçaların fəaliyyətinin bərpası mümkündür".
Ekspert dünya ölkələrində baxçaların müxtəlif formalarda fəaliyyətə başladığını vurğulayıb: 
"Yaponiyada pandemiya dövründə fəaliyyətə başlayan iki cür baxça var: 
1. Xoikuen – bu, dövlət baxçasıdır və 3 yaşına qədər uşaqlar üçün nəzərdə tutulub.
 2. Etien – özəl baxçalardır və 3 yaşdan böyük olanlar üçün nəzərdə tutulur. 
Burada təlim-tərbiyə prosesi daha çox açıq havada həyata keçirilir. Uşaqların istifadə etdikləri əşyalar bir-birinə verilmir. Oyun və yataq yerləri arasında məsafə gözlənilir. Diqət çəkən odur ki, Yaponiyada 60 yaşından yuxarı oolan tərbiyəçilər uşaq baxçalarına buraxılmırlar. Qonşu Türkiyədə də baxçalar fəaliyyətə başlayıb və uşaqların hər gün istiliyi ölçülür, təlim prosesində ara məsafə gözlənilir və qoruyucu maskalardan istifadə olunur".
Bahar Rüstəmli