Xəbər lenti

Azərbaycanda vəhhabilərə qarşı əməliyyat - Tutulanlar var
Ölkə06:55 26.04.2016

Azərbaycanda vəhhabilərə qarşı əməliyyat - Tutulanlar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Zaqatala rayonunda radikal dini təriqət üzvlərinə qarşı əməliyyat keçirilib.
Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Zaqatala rayon Polis Şöbəsinə rayonun Yuxarı Tala kəndi ərazisində yerləşən hücrədə Vəhhabi təriqət üzvlərinin toplantı keçirməsi barədə məlumat daxil olub. Daxil olan əməliyyat məlumatı əsasında həmin ünvanda əməliyyat keçirilib. Əməliyyat zamanı polisə müqavimət göstərən 5 nəfər saxlanılıb.
Hücrədən həmçinin çoxlu sayda dini ədəbiyyat, audio və video materiallar götürülüb. Faktla bağlı araşdırma aparılır.
Qaynarinfo.az