Xəbər lenti

Azərbaycanda vəhşi heyvanlar kəndə hücum etdi
Ölkə12:27 09.03.2015

Azərbaycanda vəhşi heyvanlar kəndə hücum etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ağstafa rayonunun Dağkəsəmən kəndinə canavarlar hücum edib. Qaynar.info "Region TV"yə istinadən xəbər verir ki, yırtıcılar bu dəfə Ramiz Quşçuyevə məxsus atı parçalayıblar. 
Xüsusən gecə saatlarında kənd ərazisində görünən yırtıcılar sahibsiz qalan heyvanlara hücum edirlər. Kənd sakinlərinin sözlərinə görə, canavarlar kəndin içində sərbəst şəkildə hərəkət edir ki, bu da onları narahat edir. 
Qeyd edək ki, Ağstafanın Dağkəsəmən kəndinə canavarlar bir müddət öncə də hücum edərək, iki uzunqulağı parçalamışdı. 
Qaynar.info