Xəbər lenti

Tovuzda güllələnən vəkil öldü, qatil yaxalandı (YENİLƏNİB)
Ölkə06:18 13.09.2019

Tovuzda güllələnən vəkil öldü, qatil yaxalandı (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tovuz rayonunda güllələnən sabiq məhkəmə sədri xəstəxanada ölüb.
Qaynarinfo Report-a istinadən xəbər verir ki, rayon sakini, 1963-cü il təvəllüdlü Ələkbərov Firudin Muxtar oğlunu həmyerlisi, 1959-cu il təvəllüdlü Şəmiyev Əli Məhərrəm oğlu güllələyib. F.Ələkbərli 3 güllə yarası alıb və xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törədən Ə.Şəmiyev polis tərəfindən saxlanılıb. 
09.44
Tovuz rayonunda vəkil güllələnib.
Qaynarinfo Report-a istinadən xəbər verir ki, Firudin Ələkbərli naməlum şəraitdə odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb.
O, Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 
Faktla bağlı araşdırma aparılır.