Xəbər lenti

Azərbaycanda vəkil qadın bıçaqlandı
Ölkə14:16 25.08.2015

Azərbaycanda vəkil qadın bıçaqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gəncədə vəkil bıçaqlanıb. Hadisə bu gün Gəncə Hüquq Məsləhətxanasında qeydə alınıb. 
Anspress-in verdiyi xəbərə görə, Vəkillər Kollegiyasının üzvü, 1966-cı il təvəllüdlü Xatirə Cəbrayılova vəkillik etdiyi bir prosesdə qarşı tərəfin nümayəndəsi tərəfindən döş qəfəsindən bıçaqlanıb. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, 49 yaşlı qadın vəkil əməliyyat edilib. Hazırda vəziyyəti stabildir. 
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.
Qaynar.info