Xəbər lenti

Azərbaycanda vəzifəli şəxs dəhşətli avtoqəzada öldü (FOTOLAR)
Ölkə13:22 06.09.2017

Azərbaycanda vəzifəli şəxs dəhşətli avtoqəzada öldü (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Samux rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı vəzifəli şəxs ölüb. 

"Qaynarinfo"nun report-a istinadən məlumatına görə, "Hyundai" markalı 51-BE-382 dövlət qeydiyyat nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. 

Nəticədə avtomobildə olan iki nəfər ölüb. Ölənlərdən birinin Gəncə Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru 1958-ci il təvəllüdlü İlqar Zeynal oğlu Zeynalov olduğu bildirilir. 

Qaynarinfo.Az