Xəbər lenti

Azərbaycanda vəzifəli şəxs koronavirusun qurbanı oldu (FOTO)
Ölkə15:35 24.07.2020

Azərbaycanda vəzifəli şəxs koronavirusun qurbanı oldu (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sumqayıtda COVID-19 testinin nəticələri pozitiv çıxan vəzifəli şəxs dünyasını dəyişib.
Qaynarinfo xəbər verir ki, Sumqayıt Telekommunikasiya Qovşağında əməyin mühafizəsi mühəndisi vəzifəsində işləyən Həsən Rzayev müalicə aldığı xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, şəkərli diabet xəstəsi olan 60 yaşlı H.Rzayevin həyatını xilas etmək mümkün olmayıb.
Sumqayıt Telekommunikasiya Qovşağından verilən açıqlamada H. Rzayevin koronavirusa yoluxduğu və dünyasını dəyişdiyi təsdiq edilib.
Qeyd edək ki, o, uzun illərdir ki, rabitə sistemində çalışırdı. (Xeberle.com)