Xəbər lenti

Azərbaycanda vəzifəli şəxs yol qəzasında öldü (FOTO)
Ölkə07:25 05.02.2023

Azərbaycanda vəzifəli şəxs yol qəzasında öldü (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Susay kəndi ərazisində qeydə alınıb.
"VAZ-21015” markalı minik avtomobilinin maneə çırpılması nəticəsində sürücü Elşən Qasımov ölüb, avtomobildə olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qeyd edək ki ki, qəzada dünyasını dəyişən Elşən Qasımov Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba rayonu üzrə təhsil sektorunun əməkdaşıdır.
Faktla bağlı araşdırmalar davam etdirilir.