Xəbər lenti

Azərbaycanda vəzifəli şəxsin oğlu faciəli şəkildə vəfat etdi
Ölkə12:06 02.01.2020

Azərbaycanda vəzifəli şəxsin oğlu faciəli şəkildə vəfat etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Professor Rəfail Əhmədlinin oğlu zəhərlənmədən dünyasını dəyişib.
Bu barədə Report-a təhsil eksperti Etibar Əliyev məlumat verib.
Onun sözlərinə görə, 28 yaşlı Rüfət Əhmədli təxminən iki həftə əvvəl zəhərlənib:
"Ailə üzvləri əlamətlərindən onun botulizm (ev şəraitində hazırlanan konservləşdirilmiş qidalardan yaranan zəhərlənmə) xəstəliyindən əziyyət çəkdiyini bilməsələr də, Rüfəti xəstəxanaya yerləşdiriblər. Buna baxmayaraq, Rüfət Əhmədli vəfat edib”, - E.Əliyev bildirib.
Rafail Əhmədli Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) şöbə müdiri olub.
O, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fәlsәfә vә Hüquq İnstitutunda çalışır.