Xəbər lenti

Azərbaycanda vəzifəli şəxsin oğlu qəzada öldü
Ölkə12:27 20.08.2014

Azərbaycanda vəzifəli şəxsin oğlu qəzada öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünən Şabran rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Qaynar.info Lent.az-a istinadən xəbər verir ki, Bakı-Quba yolunun 110-cu kilometrliyində "KamAZ" markalı yük maşınına çırpılan "Mercedes"i Bakı sakini, 34 yaşlı Sənan Quliyev idarə edirmiş. O, hadisə yerindəcə keçinib. Avtomobildə olan sürücünün dostu Əfqan Əsgərovun isə ayaqları sınıb.

Dəhşətli qəzada ölən 34 yaşlı S.Quliev Səbail rayonunda yerləşən 49 saylı "İntellekt" məktəb-liseyin direktoru, əməkdar müəllim Təhminə Əsədovanın oğludur. S.Quliyev subay olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Qaynar.info