Xəbər lenti

Azərbaycanda xanım nazir təyin edildi
Ölkə18:43 24.04.2018

Azərbaycanda xanım nazir təyin edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri təyin edilib.
Qaynarinfo xəbər verir ki, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun imzaladığı fərmana əsasən, nazir postu Natəvan Tofiq qızı Qədimovaya həvalə olunub.
Natəvan Qədimova bundan əvvəl Naxçıvanın mədəniyyət və turizm naziri vəzifəsində çalışıb.
Qeyd edək ki, Vasif Talıbov aprelin 23-də mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Həmin sərəncamla Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əsasında Mədəniyyət Nazirliyi və Turizm Departamenti yaradılıb.