Xəbər lenti

Azərbaycanda “Xaşxaş-2016” əməliyyatı: 1,4 ton narkotik yandırıldı
Ölkə14:49 17.06.2016

Azərbaycanda “Xaşxaş-2016” əməliyyatı: 1,4 ton narkotik yandırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Daşkəsən rayon Polis Şöbəsinin əməkdaşları “Xaşxaş-2016” tədbirlər planının icrası ilə əlaqədar narkotik vasitələrdən və psixotrop maddələrdən istifadəyə qarşı mübarizə tədbirlərini davam etdirir.
Qaynarinfo.az "Kəpəz TV"yə istinadən xəbər verir ki, bu məqsədlə rayonun dağlıq ərazilərində yabanı halda bitən çətənə kolları yandırılma yolu ilə məhv edilir. Növbəti belə tədbir ən ucqar yaşayış məntəqələrindən olan Astaf kəndində keçirilib. Polis əməkdaşları ümumi çəkisi 1 ton 400 kiloqram olan 5300 ədəd narkotik tərkibli bitkini yandırıblar. Həmin çətənə kollarının hündürlüyü 1 və 2 metr arasında dəyişib.
Xatırladaq ki, ötən mövsüm Daşkəsən rayonu ərazisində təxminən 5 tona yaxın çətənə kolları aşkarlanıb.
Qaynarinfo.az