
Bizimxeber.az saytına haker hücumu olub.
Bu barədə Qaynar.info-ya saytın baş redaktoru Ədil Hüseynli məlumat verib.
O bildirib ki, sayt 2 gündür ardıcıl olaraq haker hücumlarına məruz qaldığından fəaliyyətində poblemlər yaranıb. Hazırda proqramçıların hücumların qarşısını almağa çalışdığını deyən Ədil Hüseynli yaxın zamanda saytın fəaliyyətinin bərpa olunacağını deyir.
Qaynar.info