Xəbər lenti

Azərbaycanda yanacaqdoldurma məntəqəsində güclü partlayış: yaralılar var (FOTO)
Ölkə12:27 21.11.2017

Azərbaycanda yanacaqdoldurma məntəqəsində güclü partlayış: yaralılar var (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Lənkəran rayonunda yanacaqdoldurma məntəqəsində partlayış olub.
"Qaynarinfo" "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Separadi kəndində baş verib.
Hadisə nəticəsində yanacaqdoldurma məntəqəsinin sahibi, 1971-ci il təvəllüdlü Çingiz Qubad oğlu Allahverdiyev və onun işçisi 1991-ci il təvəllüdlü Əbülfəz Əbülfət oğlu Məmmədov 2-3 cü dərəcəli ağır yanıq xəsarətləri alıb.
Onlar xəstəxanaya çatdırılıblar. Həkimlər yaralılardan birinin vəziyyətini ağır kimi qiymətləndiriblər. O, reanimasiyaya yerləşdirilib.
Qaynarinfo.Az