Xəbər lenti

Azərbaycanda yaşayış evində partlayış oldu
Ölkə13:02 04.02.2014

Azərbaycanda yaşayış evində partlayış oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tovuzda yaşayış evində partlayış baş verib.


APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Tovuz şəhərində vətəndaşa məxsus hər mərtəbəsi 180 kv.m olan ikimərtəbəli 6 otaqlı evdə qaz sızması nəticəsində partlayış olub.
 
Nəticədə evin dam örtüyü çöküb, 2-ci mərtəbənin daşıyıcı divarlarının bir hissəsi deformasiyaya uğrayıb.
 
Yanğın hadisəsi olmayıb.
 
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Qaynar.info