Xəbər lenti

Azərbaycanda yaşlı əhalinin neçə faizi buster doza vurdurub?
Ölkə12:37 24.02.2022

Azərbaycanda yaşlı əhalinin neçə faizi buster doza vurdurub?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda 65 və yuxarı yaş qrupunun 40 faizi (272052) koronavirus əleyhinə buster doza vurdurub.
Qaynarinfo xəbər verir ki, həmin yaş qrupunun 60 faizi (407132) I doza, 55 faizi ( 371 771) isə II doza vaksin vurdurub.
TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva bildirmişdi ki, heç bir sosial aktivliyi olmayan və işə getməyən yaşlı əhalini vaksinasiyaya cəlb etmək çətindir. Onun sözlərinə görə, xəstələndikləri an onlar risk qruplarıdır.
Xatırladaq ki, fevralın 15-dən COVID sertifikatlarının etibarlılıq müddəti peyvənd olunmanı (2 doza) təsdiqləyən sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını (buster doza) aldıqda müddətsizdir.