Xəbər lenti

Azərbaycanda yeddi kəndi birləşdirən yol çökdü (VİDEO)
Ölkə16:08 20.05.2023

Azərbaycanda yeddi kəndi birləşdirən yol çökdü (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Son günlər cənub bölgəsində yağan güclü yağışlar Lənkəran rayonunda yeddi kəndi birləşdirən 22 km-lik Hirkan-Daştatük- Biləsər yolunda sürüşmələrə səbəb olub.
Nəticədə asfalt örtüyü dağılıb, yolun bir hissəsi 40 sm çöküb.
"48 nömrəli yol istismarı” MMC-nin mühəndisi Natiq Cavadov bildirib ki, sözügedən yolda nəqliyyat vasitələrinin hərəkəti üçün qabaqlayıcı tədbirlər görülür: "Lakin bu, yolun tam təhlükəsizliyi üçün təminat vermir”. O əlavə edib ki, bu məqsədlə müvafiq qurumların mütəxəssisləri işə cəlb ediliblər.
Daha ətraflı Baku TV-nin süjetində: