Xəbər lenti

Azərbaycanda yeni Agentlik yaradıldı
Ölkə18:00 27.04.2018

Azərbaycanda yeni Agentlik yaradıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Naxçıvan Muxtar Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əsasında Naxçıvan Muxtar Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb.
Qaynarinfo-nun məlumatına görə, bununla bağlı bu gün Naxçıvan Muxtar Respublikası  Ali Məclisinin sədri Vasif Talıbov müvafiq sərəncam imzalayıb.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə Naxçıvan Muxtar Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin əsasnaməsinin layihəsini, strukturu və işçilərinin say həddi barədə təkliflərini hazırlayıb Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə təqdim etmək, sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.