Xəbər lenti

Azərbaycanda yeni hərəkat başladıldı: #ağrıyaqarşı #nəfəsal
Ölkə10:14 17.04.2020

Azərbaycanda yeni hərəkat başladıldı: #ağrıyaqarşı #nəfəsal

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
17 aprel tarixi dünyada, həmçinin Azərbaycanda Hemofiliya Günü olaraq qeyd olunur.
Qaynarinfo xəbər verir ki, ictimai və sosial maarifləndirmənin gücləndirilməsi istiqamətində Azərbaycanda #ağrıyaqarşı #nəfəsal adlı yeni hərəkat başladılıb.
Hərəkat İctimai Xadim, Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov, Yaşam Koçu, Qida Təhlükəsizliyi Hərəkatının həmtəsisçisi Məhsəti Hüseynova və Psixoterapevt, "İnsan Mühəndisliyi” proqramının rəhbəri Rövşən Nəcəfov tərəfindən təsis olunub.
Hərəkatın məqsədi müxtəlif xəstəliklərdən əziyyət çəkən, virus daşıyıcısı olan insanların həm mənəvi, həm də fiziki sağlamlıqları istiqamətində fəaliyyət göstərməkdir. Hərəkatın fəaliyyəti çərçivəsində qeyd olunan #ağrıyaqarşı #nəfəsal çağırışları əsas götürülərək forumlar, təlimlər, sosial aksiyalar, dəyirmi masalar, tədbirlər və ictimai layihələr icra ediləcək.
Dövlət qurumları, ictimai təşkilatlar, media, fərdi təşəbbüs göstərənlər, fiziki və hüquqi şəxslər, təhsil ocaqları, sosial kampaniyalar və layihələr hərəkatın fəaliyyətində prioritet tərəfdaşlardır.
Hərəkata qoşulmaq istəyən şəxslər və qurumlar #ağrıyaqarşı #nəfəsal həştəqlərini sosial şəbəkələrdə paylaşaraq dəstək ola bilərlər.