Xəbər lenti

Azərbaycanda yeni institut yaradılacaq
Ölkə16:44 17.03.2018

Azərbaycanda yeni institut yaradılacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qida Təhlükəsizliyi Agentliyinin tərkibində Qida Təhlükəsizliyi İnstitutu yaradılacaq.
Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bu gün keçirilən "Media və təhlükəsiz qida” mövzusundakı görüşdə deyib.
O bildirib ki, institutda müəyyən standartlara cavab verən laboratoriyalar fəaliyyət göstərəcək:
"Bu instititut qida təhlükəsizliyini təhlil edəcək və məhsulların tərkibini araşdıracaq və onların tərkibini təhlil edəcək. Həmçinin institut geniş modifikasiya edilmiş məhsulları araşdıracaq. Düşünürəm ki, bu bir çox zəhərlənmələrin qarşısını alacaq. Lazımınca bizim öhdəliyimizə düşən bütün tapşırıqları layiqincə yerinə yetirməyə çalışırıq”.