Xəbər lenti

Azərbaycanda yeni kollec yaradıldı
Ölkə06:40 06.07.2014

Azərbaycanda yeni kollec yaradıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Nazirlər Kabineti Təhsil Nazirliyinin Masallı Dövlət Regional Kollecinin yaradılması barədə qərar verib.

APA-nın məlumatına görə, bununla əlaqədar “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “Orta ixtisas təhsili müəssisələri” bölməsinə Masallı Dövlət Regional Kollecinin adı əlavə edilib.

Qərara əsasən, Təhsil Nazirliyi Maliyyə Nazirliyi və Masallı Rayon İcra Hakimiyyəti ilə birlikdə Masallı Dövlət Regional Kollecinin maliyyələşdirilməsi və fəaliyyətinin təmin edilməsi üçün zəruri tədbirlər görməlidir.

Qaynar.info