Xəbər lenti

Azərbaycanda yeni mərkəz yaradılır
Ölkə11:20 15.03.2015

Azərbaycanda yeni mərkəz yaradılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda elektron imzaların verilməsi üzrə yeni sertifikasiya mərkəzi yaradılacaq. 
Bunu Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən (MHM) deyiblər.
Yeni mərkəz cari ilin dekabr ayının 1-nə istismara veriləcək və elektron imzaların yeni nəsil şəxsiyyət vəsiqəsinin çiplərinə inteqrasiyası ilə məşğul olacaq.
Bundan başqa, mərkəz Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) nəzdində fəaliyyət göstərən 9 eyniləşdirmə mərkəzinin sorğularını nəzərdən keçirəcək. MHM əldə edilən sorğular əsasında sertifikatlar hazırlayacaq və onları geriyə göndərəcək.
Yeni şəxsiyyət vəsiqələrinin çiplərinə informasiya DİN tərəfindən daxil ediləcək.
Qaynar.info