Xəbər lenti

Azərbaycanda yeni polis bölməsi yaradıldı
Ölkə14:40 21.08.2015

Azərbaycanda yeni polis bölməsi yaradıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Binanın açılışı olub.

Azərbaycanda yeni polis bölməsi yaradılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, Qusar rayonunda ictimai qaydanın qorunmasının, ictimai təhlükəsizliyin təmin edilməsinin səmərəsini artırmaq və vətəndaşların polisə müraciətlərini asanlaşdırmaq məqsədi ilə, rayon mərkəzindən uzaqlığını nəzərə alaraq, Azərbaycan prezidentinin tapşırığı ilə, Şahdağ Qış-Yay Turizm Kompleksinin də daxil olduğu Zindan-Muruq, Kuzun, Aladaş və Ləzə kəndlərini əhatə edən ərazi polis bölməsi yaradılıb.

Avqustun 21-də həmin ərazidə inşa edilmiş ən müasir standartlara uyğun inzibati binanın açılışı olub.

Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədbirdə iştirak edib, tapşırıq və tövsiyələrini verib.