Xəbər lenti

Azərbaycanda yeni sayt fəaliyyətə başlayır
Ölkə12:26 24.12.2022

Azərbaycanda yeni sayt fəaliyyətə başlayır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Seymur Əhmədin baş redaktorluğu ilə 1 yanvar 2023-cü ildən Becan.az adlı yeni sayt fəaliyyətə başlayacaq.
Bu haqda məlumatı Qaynarinfo-ya saytın baş redaktoru verib.
Baş redaktorun dediyinə görə, şüarı "Millət! Dövlət! Elm!" olan ictimai-siyasi onlayn qəzet gündəm informasiyaları ilə yanaşı, əsasən bölgələri əhatə edəcək özəl yazılar, müəllif, araşdırma yazıları, müxtəlif sahələri təmsil edən önəmli şəxslərlə müsahibələr dərc edəcək. Klassiklərə müraciət ediləcək, atmaca tipli iradlar olacaq. 
"Siyasi baxımdan ortaq mövqedə dayanacaq bir sayt  planlaşdırırıq. Jurnalistlərin Peşə Etikası Kodeksinə və mətbuat haqqında dövlət qanununa söykənərək, nöqsanların üstünə getməyi əsas prinsip kimi  qəbul etsək də, təqdirəlayiq işlər də saytımızda paylaşılacaq. Calışacağıq ki, ortaya, tərəfsiz, qərəzsiz, ədalətli mövqe qoymaqla, heç olmasa bölgədə oxucuların rəğbətini qazana bilək", - baş redaktor əlavə edib.