Xəbər lenti

Azərbaycanda yeni sayt yaradıldı: Aktual.az
Ölkə06:17 18.03.2014

Azərbaycanda yeni sayt yaradıldı: Aktual.az

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Artıq bu gündən Azərbaycan mətbuatında daha bir sayt - Aktual.az fəaliyyətə başlayıb. 

Bu barədə Qaynar.info-ya tanınmış teleaparıcı Telman Məmmədov məlumat verib. 

O bildirib ki, yeni yaradılmış portalda ölkənin bir neçə peşəkar jurnalisti çalışacaq. Həmçinin gənclərə də portaldakı jurnalistlərin təcrübəsindən yararlanmaq imkanı yaradılacaq. Xəbər portalının məqsədi oxucuları dolğun, obyektiv, qərəzsiz xəbərlərlə təmin etməkdir. Bununla yanaşı, dünyada və ölkədə baş verən hadisələrlə bağlı müntəzəm olaraq analitik yazılar da dərc olunacaq. 

Həmkarlarımıza uğurlar arzulayırıq! 

Qaynar.info