Xəbər lenti

Azərbaycanda yeni telekanal fəaliyyətə başladı
Ölkə13:24 14.03.2014

Azərbaycanda yeni telekanal fəaliyyətə başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. 

"Qafqazinfo"ya daxil olan məlumatda qeyd olunur ki, iclasda “Milli Televiziya və Radio Şurasının 14 yanvar 2014-cü il tarixli qərarı ilə ümumrespublika televiziya yayım kanalının açılması üçün ( Bakı şəhəri və Abşeron yarımadasında 37-ci TV yayım kanalı, 11-ci sektor olmaqla)  22 yanvar  2014-cü il tarixdən 22 fevral 2014-cü il tarixədək elan edilmiş müsabiqədə iştirak etmiş Brand in Baku” MMC,  “Fatiyev Company” MMC, “Region TV” MMC-nin sənədlərinə baxılmış, müsabiqənin nəticələri müzakirə edilib. 

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 15, 19,  22-ci maddələrini, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 saylı Fərmanı ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası  haqqında Əsasnamə”nin 8.6, 9.6-cı bəndini, “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanın 33.1-ci bəndini rəhbər tutaraq digər iddiaçılarla müqayisədə daha üstün yaradıcılıq imkanlarına, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan «Region TV» MMC-ni  ümumrespublika televiziya yayım kanalının açılması üçün ( Bakı şəhəri və Abşeron yarımadasında 37-ci TV yayım kanalı, 11-ci sektor olmaqla)  22 yanvar  2014-cü il tarixdən 22 fevral 2014-cü il tarixədək elan edilmiş müsabiqənin qalibi elan etmiş və ona 37-ci TV yayım kanalı, 11-ci sektor olmaqla ümumrespublika televiziya  yayımı üçün 6 (altı)  il müddətinə xüsusi razılıq (lisenziya) verilib.

Qaynar.info