Xəbər lenti

Azərbaycanda yeni televiziya kanalı açılır
Ölkə13:41 28.02.2019

Azərbaycanda yeni televiziya kanalı açılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. 
Şuradan Qaynarinfo-ya verilən məlumata görə, iclasda yeni xəbər televiziya kanalının yaradılması barədə müzakirələr aparılıb və ixtisaslaşmış (xəbər) ümumrespublika televiziya kanalının açılması üçün Bakı və Abşеrоn ərazisində SD yayım üçün 48-ci, HD yayım üçün 37-ci tеzlik rеsursuna martın 11-dən aprelın 11-dək müsabiqə elan edilib. 
İclasda həmçinin MEDİAART şirkətinin kabel şəbəkəsi yayımı üçün lisenziya alınmasına dair müraciətinə baxılıb və ona abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı üçün müddətsiz lisenziya verilməsi barədə qərar qəbul edilib.