Xəbər lenti

Azərbaycanda yeni xəbər saytı açıldı - 724news.az
Ölkə10:03 04.09.2013

Azərbaycanda yeni xəbər saytı açıldı - 724news.az

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda yeni xəbər saytı istifadəyə verilib. 

Qaynar.info-nun verdiyi xəbərə görə, 724news.az adlanan sayt bu gündən etibarən oxuculara xidmət göstərəcək. 

Saytın baş redaktoru Azər Nəzərov Qaynar.info-ya açıqlamasında bildirib ki, saytın əsas məqsədi xəbərçilik sahəsində etibarlı sayt olmaqdır: "7/24news.az peşəkar komandadan formalaşıb. O komanda sizə ən vacib, ən aktual, ən maraqlı xəbərləri harda olmasından – hansı bölgədən, hansı şəhərdən, hansı ölkədən- aslı olmayaraq toplayıb təqdim edəcəyinə inanır.

Bir sözlə 7/24news müxtəlif audtoriyanın xəbər marağını ödəyə bilmək uğrunda çalışacaq və qısa zamanda Sizin ən etibarlı xəbər üçün məhz onu seçmənizdən ötrü əlindən gələnin ən yaxşısını edəcək.

Ancaq onu da qeyd etməliyəm ki, bizim hədəfimiz ən sürətli xəbər deyildir. Biz bilirik ki, artıq peşəkar Qərb mediası da sürətli informasiya verməkdə sosial şəbəkələrə uduzduğunu qəbul edir. Bizim hədəfimiz daha ətraflı və daha dəqiq məlumatı Sizə çatdırmaqdır. Bəlkə o xəbər bir dəqiqə gec olacaq, ancaq şaiələr üzərində qurulmuş yox, dəqiq, qərəzsiz xəbər olacaq."

Qaynar.info