
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ölkənin 12 regionunda aqrokimyəvi laboratoriyalar yaradacaq.
Bunu jurnalistlərə Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.
H.Əsədov bildirib: "Artıq tender keçirilib və qalibi də müəyyən olunub. Təxminən bu ilin sonu-gələn ilin əvvəlinə 12 regionda aqrokimyəvi laboratoriyaların qurulması üzrə işlərə start veriləcək ki, bundan sonra treninqlər başlanacaq. Bu, genişmiqyaslı prosesdir".Qaynarinfo.Az