Xəbər lenti

Azərbaycanda yol polisi hamilə qadını xilas etdi
Ölkə14:09 05.01.2019

Azərbaycanda yol polisi hamilə qadını xilas etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yol polisinin əməkdaşı ağır vəziyyətdə yolda qalan hamilə qadının və körpəsinin həyatını xilas edib. 
Qaynarinfo xəbər verir ki, olay Cəlilabad rayonunda baş verib. Rayon ərazisində xidmət aparan Yol patrul xidmətinin əməkdaşı, baş çavuş Sadiq Səfərov yol kənarında hərəkətsiz halda dayanmış "VAZ 2106" markalı avtomobilin sürücüsünə yaxınlaşaraq onun dayanma səbəbini soruşub. Məlum olub ki, avtomobildəki hamilə qadını xəstəxanaya aparmaq istəyən sürücü yolu tapa bilmir. Dərhal sürücüyə bələdçilik edən Yol patrul xidmətinin əməkdaşı xəstəni yaxınlıqda yerləşən xəstəxanaya çatdırıb.
Gülnar Quliyevaya vaxtında ilkin tibbi yardım göstərildiyindən övladının tələf olmasının qarşısı alınıb.