Xəbər lenti

Azərbaycanda yol terroru: 2 gündə 11 nəfər...
Ölkə07:21 09.09.2019

Azərbaycanda yol terroru: 2 gündə 11 nəfər...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Daxili İşlər Nazirliyi (DİN) sentyabr ayının 7-dən 9-dək daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
DİN Mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, iki gün ərzində törədilmiş 40 cinayətin üstü "isti izlər”lə açılıb. 
Əvvəlki dövrlərdən bağlı qalıb 16 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 
Respublikanın avtomobil yollarında 4 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 11 nəfər ölüb, 4 nəfər xəsarət alıb. 
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22 fakt müəyyən edilib. 
Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.