Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 174 yeni yoluxma faktı qeydə alınıb, 62 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 794 092 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 831 nəfər müalicə olunaraq sağalıb, 9722 nəfər vəfat edib, aktiv xəstə sayı 539 nəfərdir.
Ölkədə son sutka ərzində 2911, hazırkı dövrədək isə 6 994 425 test aparılıb.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2117 vaksin vurulub.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 513, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 206, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1213, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 185 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 785 739, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 360 446, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 855 736, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 318 716, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 250 841 nəfər təşkil edir.