Ölkə 18:05 20.07.2022

Azərbaycanda yoluxma sürətlə artır

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 277 yeni yoluxma faktı qeydə alınıb, 91 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 795 190 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 784 181 nəfər müalicə olunaraq sağalıb, 9 727 nəfər vəfat edib, aktiv xəstə sayı 1 282 nəfərdir.

Ölkədə son sutka ərzində 3 523, hazırkı dövrədək isə 7 011 596 test aparılıb.

Qeyd edək ki, dünən Azərbaycanda 257 yeni yoluxma faktı qeydə alınmış, 58 nəfər müalicə olunaraq sağalmış, 4 nəfər vəfat etmişdi.

Ötən sutka ərzində koronavirus əleyhinə 2313 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 445, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 208, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1420, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 240 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 796 260, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 362 567, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 856 564, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 325 160, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 251 969 nəfər təşkil edir.