Xəbər lenti

Azərbaycanda yük maşını aşdı: 16 yaralı
Ölkə06:49 28.05.2013

Azərbaycanda yük maşını aşdı: 16 yaralı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ötən gün Biləsuvar rayonunda 16 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 

Lent.az-ın məlumatına görə, rayon ərazisində “Qaz-53” markalı yük maşını aşıb. Maşının kuzovunda olan 14 nəfər, eləcə də kabinadakı 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.

Məlumata görə, qəzaya düşən şəxslər əkin sahəsindən gələn 2 ailənin üzvləri olub. Faktla əlaqədar araşdırmalar aparılır.