Xəbər lenti

Azərbaycanda yüksək vəzifəli məmur işdən çıxdı - FOTO
Ölkə14:24 11.02.2017

Azərbaycanda yüksək vəzifəli məmur işdən çıxdı - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xətai rayon İcra Hakimiyyəti başçısının müavini Zaməddin Əkbərov işdən azad olunub. Qaynarinfo.Az xəbər verir ki, bu barədə Z.Əkbərov istipress-ə bildirib. 

Onun sözlərinə görə, işdən öz ərizəsi ilə çıxıb. İşdən çıxma səbəbi haqqında isə məlumat verməyib. Z.Əkbərov onu kimin əvəz edəcəyini bilmədiyini söyləyib.

Qeyd edək ki, Zaməddin Əkbərov 2016-cı ildə Xətai rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışmağa başlayıb. O, bu vəzifədən əvvəl Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri işləyib.

Qaynarinfo.Az