Xəbər lenti

Azərbaycanda öz ərizəsi ilə işdən çıxanlara müavinət verilə bilər
Ölkə11:36 20.12.2021

Azərbaycanda öz ərizəsi ilə işdən çıxanlara müavinət verilə bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Öz ərizəsi ilə işdən çıxanlarla bağlı Dövlət Məşğulluq Agentliyi ilə danışıqlar aparırıq”.
"Report”un xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bu gün keçirilən plenar iclasında "İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik layihəsinin II oxunuşda müzakirəsi zamanı deyib.
O bildirib ki, gələcəkdə öz ərizəsi ilə çıxan və bir müddət işsiz qalan şəxslərə hər hansı bir şəkildə sosial müavinət və ya dəstək verilə bilər.