
Sabirabad rayonunda bədbəxt hadisə baş verib.
APA-nın məlumatına görə, hadisə Sabirabad rayonunun Qaragüney kəndində qeydə alınıb.
Dövlət Sərhəd Xidmətinin zabiti, leytenant Bəxtiyar Fazil oğlu Sevdimalıyev Şirvan kanalına düşərək boğulub.
Zabitin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.
Hələlik zabitin meyitini tapmaq mümkün olmayıb.
Dövlət Sərhəd Xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, zabitin axtarışları davam etdirilir.
Qaynar.info-nun əldə etdiyi məlumata görə, zabit B.Sevdimalıyevin 2 gün sonra toyu olmalıymış. Hətta toyun keçiriləcəyi restoranda danışılıb. Toydan bəy dostları ilə Kürə balıq tutmağa gedib və çayda batıb. Qardaşı və dostları onu xilas etməyə çalışsa da, mükün olmayıb. Həmçinin qardaşı da onu xilas edərkən Kürdə boğulub, amma dostları onu sudan çıxara biliblər. Zabitin axtarışı isə bir həftədir ki, davam edir.
Qaynar.info