Xəbər lenti

Azərbaycanda zəlzələ baş verib
Ölkə05:33 05.04.2017

Azərbaycanda zəlzələ baş verib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Lənkəranda baş verən zəlzələ 4 bal gücündə olub.

Bu barədə "Qaynar"-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

İlkin məlumatlara əsasən, aprelin 5-də saat 03:16 radələrində Lənkərandan 27 km şimal-qərbdə, Lənkəran ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4, yaxın yaşayış məntəqələrində isə 3 bala qədər hiss olunub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, zəlzələ nəticəsində dağıntı və tələfat qeydə alınmayıb.

Qaynar.Az